Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 10-17 Noyabr - Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə əlaqədar tədbirlər davam etdirilməkdədir. Bu münasibətlə növbəti idman yarışı təşkil olunub. Belə ki, ali və orta ixtisas təhsili müəssisələrinin oğlan tələbələri arasında stolüstü tennis birinciliyi keçirilib.
30 tələbə qələbə uğrunda mübarizə aparıb. Nəticələrə əsasən Elsən Quliyev (NDU) birinci olub. Nurəddin Həsənov (NDU) və Eldar Qulamov (Hərbi Kollec)yarışı müvafiq olaraq ikinci, üçüncü sıralarda tamamlayıblar.
Qeyd edək ki, Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə bağlı keçirilən yarışmalarda fərqlənən gənclər noyabrın 16-sı yekun tədbirdə mükafatlandırılacaqlar.